“Əgər 65 yaş qadağası qüvvədə qalsaydı, gərək sabahdan şəhərə çıxmayaydım...”

“Əgər 65 yaş qadağası qüvvədə qalsaydı, gərək sabahdan şəhərə çıxmayaydım...”

Bu gün şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin 65 illik yubileyidir.

V.Bəhmənli Moderator.az-a açıqlamasında öz xoş təəssüratlarını bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun. Altmış beş yaşım tamam olur. Ömür-günün isə getməsinə təəssüflənmirəm, çünki onun işi elə getməkdir. Çalışmaq lazımdır ki, keçən ömürdən səmərəli istifadə edəsən, canın sağ ola. Can sağ olmasa, insan öz vəzifə borcunu yerinə yetirə bilmir axı. Ən başlıcası cansağlığı, insanların mehribanlığı və sonra da işləmək həvəsidir”.

V.Bəhmənli koronavirus pandemiyasının nəticələrindən də danışıb:

“Bu iki ayda böyük sınaqlardan keçdik. Mənə elə gəlir ki, bundan sonra insanlar daha çox bir-birilərini istəyəcəklər, daha etibarlı olacaqlar, heç nədən qorxmayacaqlar. Belə fəlakətləri biz ancaq nağıllardan eşitmişdik. Düzdü, dünyanın itkiləri var, amma bu da bir sınaq idi. Allah tezliklə xeyr eləsin və zəkalı insanlarımız fikirləşib koronavirusun dərmanını tapsınlar ki, o da adi xəstəliklərdən biri olsun. Bir şey var ki, altmış beş yaş qadağası qüvvədə qalsaydı, gərək sabahdan şəhərə çıxmayaydım”.

Mənbə: moderator.az