Braziliyalı "qrafiti" ustası divarı "koronavirus"la bəzədi - FOTO-VİDEO

Braziliyalı "qrafiti" ustası divarı "koronavirus"la bəzədi - FOTO-VİDEO

"Qrafiti" həvəskarı olan braziliyalı rəssam Ancelo Kampos Rio-de-Janeyrodakı "əsər"ini "COVID-19" ilə mübarizə aparan tibb işçilərinə həsr edib.



BiG.AZ-ın euronews-a istinadən verdiyi xəbərə görə, nənə və əmisini bu yaxınlarda koronavirusdan öldükləri üçün Ancelo belə bir rəsm çəkmək qərarına gəlib.



Kamposun nənəsi Aurite Qomez Silvanın 85 yaşı olub. O, xəstəxanaya yerləşdirildikdən 3 gün sonra dünyasını dəyişib. Onun oğlu Qustavo Qomez Kampos isə anasının dəfn olunduğu gün, 55 yaşında vəfat edib.



Ancelo Kamposun divara çəkdiyi rəsmdə həyatlarını təhlükəyə atan həkimlər, eləcə də təhsil, səhiyyə və siyasət sahəsindəki problemlər təsvir olunub.

 

Mənbə: big.az