"Savadsız adamdan müğənni ola bilər" Xalq artisti Faiq Ağayev

"Savadsız adamdan müğənni ola bilər. "Besame muço"nu oxuyan müğənninin heç bir savadı yoxdur".

Open.az xəbər verir ki, bu sözləri Xalq artisti faiq Ağayev "5/5" verilişində deyib.

Müğənni aparıcının suallarını cavablandırıb. Ağayev "İnsanlıq və müğənnilik... Bir arada olur" sözlərinə belə reaksiya verib:

"Adi insanlarda da, müğənnilərdə də azdır: peşəkarlıq və insanlıq. Əksəriyyət müğənnilər iş görür. Bir ərəfə İlhamə Quliyeva ilə danışmırdım. Amma o, "Unut məni" oxuyanda, səsi ucaldır, kef edirdim. Bir çox müğənnilərin işini görəndə, deyirəm, halal olsun. Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova ilə duet oxumuşam".

Müğənni ona verilən hədiyyələrdən söz açaraq "Nə ev, nə maşın hədiyyə edilib. Amma özümün aldığım bir dənə də zinət əşyası yoxdur" deyə, bildirib. (Axşam.az)

Open.az

ƏVVƏLKİ XƏBƏR

Kentin açıqlaması Paşinyan üçün Lavrovun açıqlamasıdan daha vacibdir?

SONRAKI XƏBƏR

Koronavirusdan ölüm riskini azaldan preparat tapılıb