Ramazan: Berlin kilsəsi öz qapılarını müsəlmanların üzünə açır

Ramazan: Berlin kilsəsi öz qapılarını müsəlmanların üzünə açır

Almaniya paytaxtı Berlində bir kilsə öz qapılarını sosial məsafə qaydalarına görə məscidə sığa bilməyən müsəlmanların üzünə açıb.

Almaniya mayın 4-dən dini ibadətlərin bərpasına icazə verib, lakin ibadət edənlər 1,5 m sosial məsafə qaydasını gözləməlidirlər.

Noyköln rayonundakı Darəssalam Məscidi ibadətə toplaşanların hamısını yerləşdirə bilməyəndə, onun köməyinə gələn qonşu Kroytsberqin Martha Lüteran Kilsəsi cümə namazına gələnləri qəbul etməyi təklif edib.

"Bu möhtəşəm işarədir və Ramazanda, habelə bu böhran içində sevinc gətirir",- Məscidin imamı Reuters xəbər agentliyinə bildirib.

"Bu pandemiya bizi bir icma halına gətirdi. Böhranlar insanları bir araya gətirir."

"Musiqi alətləri və şəkillərə görə bu, qəribə bir hiss bəxş edirdi", - İslam ibadətiylə fərqə diqqət yetirən icma üzvü Samer Hamdoun deyir.

"Lakin buna baxanda, xırda detalları unutsanız... Bu, ən sonda Allahın evidir."

Karantində Ramazan ayı necə keçir?

Hətta kilsənin keşişi də ibadətdə iştirak edib.

"Alman dilində nitq söylədim", Monika Matthias deyir.

"Və namaz əsnasında yalnız bəli, bəli, bəli deyə bilirdim, çünki eyni narahatlıqlarımız var və biz sizdən öyrənmək istəyirik. Bir-birlərimizə münasibətdə belə hisslər keçirmək çox xoşdur."

Müəlliflik hüququ ilə qorunur

Mənbə: www.bbc.com