Kədərli fotosuna görə lağa qoyuldu

“Fyre” festivalına görə 90 min dollar cərimə olunan Kendal Cenner üçün gündəm tez dəyişir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 22,5 milyon dollarlıq gəlirlə dünyanın ən çox qazanan modelləri sırasında olan 24 yaşlı Kendal indi də “Vogue” dərgisinin Yaponiya bürosunun üz qabığında yer alıb.

Budəfəki buraxılışın mövzusu pozitiv enerji olsa da, Kendalın üz qabığındakı kədərli fotoları diqqət çəkib. Modeli buna görə lağa qoyublar. Fotoya görə ona “Karantində hər kəs ən çox bu qədər pozitiv ola bilər”, “Artıq “Vogue”un üz qabığında yer almaqdan bezib” kimi şərhlər yazılıb.

K.Cenner isə ənənəsinə sadiq qalaraq bu mövzuda fikir bildirməyib.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Apple-ın başı dərddə: iOS 13,5-də daha bir xəta

SONRAKI XƏBƏR

"Rüşvətxorluğa görə tutulan yüksək rütbəli məmurları hansı cəza gözləyir?"-Hüquqşünasdan AÇIQLAMA