Tanınmış reper anası ilə birlikdə həlak olub

Tanınmış reper anası ilə birlikdə həlak olub

"Bad Balance" qrupunun üzvü, Kuper təxəllüsü ilə tanınan, rep ifaçısı Roman Alekseyev həlak olub.

Open.az xəbər verir ki, 43 yaşlı reper ötən gün Sankt-Peterburqun Vıborsk rayonunda baş verən dəhşətli yanğında həyatını itirib. Dəhşətli yanğın zamanı Kuperlə birlikdə olan anası, Lyudmila Alekseyeva da həlak olub.

Gənclərin sevimli rep ifaçısı olan Kuper "Bad Balance" qrupu ilə yanaşı, solo ifaları və albomları ilə populyar olub.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az