Koronavirus dünyanın məşhur sənət otelini iflasa uğratdı...

Hollandiyanın paytaxtı Amsterdam şəhəri yaxınlığında Volendam qəsəbəsində yerləşən “Art Hotel Spaander” iflas edib.

Moderator.az xəbər verir ki, dünyaca məşhur otelə koronavirus pandemiyası ciddi təsir edib və bankrot olub.

Otelin açılmasında məqsədi dünyaca məşhur olan sənətçilərin görüş yerini məhz burda təşkil etmək olub. Oteldə bir çox sənətçilər hesablarını öz fotolarıyla ödəyiblər. Koronavirus pandemiyasına görə isə martın 21-dən otel qapadılıb. Rəhbərlik bildirib ki, personalın və qonaqlarımızın sağlamlığı baxımından otelin qapadılması daha yaxşıdır. Lakin Hollandiya Məhkəməsi otelin iflas etdiyini açıqlayıb.

Bildirilir ki, otel 1881-ci ildə hollandiyalı iş adamı Leendert Spaander tərəfindən açılıb. Oteldə qonaq olan dünyaca məşhur sənətçilər hesablarını fotolarıyla ödəyiblər və bu fotolar da otelin divarlarında asılaraq qorunur.

Oteldə bu günə kimi dünyaca amerikalı rejissor Uolt Disney, birinci xanım Eleanor Ruzvelt, kino sənətçilərindən Elizabet Teylor, Kirk Duqlas, bəstəkar Maurice Ravel, fransız rəssamı Pier-Auquste Renior və boksçu Məhəmməd Əli qonaq olublar.

Vasif Əlihüseyn

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Türk ordusunun anti-terror əməliyyatı bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir”

SONRAKI XƏBƏR

“FINCA Azerbaijan” Mərkəzi Bankdan dollarla aldığı borcu kimlərə yönəldib?