Bu xəstəxana həkimlərinin reklamına 42 min manatdan çox pul xərcləyəcək

Bu xəstəxana həkimlərinin reklamına 42 min manatdan çox pul xərcləyəcək

Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs həkimlərinin PR-üçün böyük məbləğdə pul xərcləyib.

İndex.az xəbər verir ki, adı qeyd edilən sağlamlıq mərkəzi İTV kanalında yayımlanan “Sağlam Yaşamaq” verilişində həkimlərin çıxışı üçün 42 min 126 manat ödəyib.

Qeyd edək ki, İTV kanalında yayımlanan Sağlam Yaşamaq verilişində həkimlərin çixışı və reklam çarxının yerləşdirilməsi Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxsin keçirdiyi tenderdən sonra seçilib.

Mənbə: index.az