Elza Seyidcahan atasını axtarır: "Atamdan xəbər gətirənə minnətdar olaram" - VİDEO

Elza Seyidcahan atasını axtarır: "Atamdan xəbər gətirənə minnətdar olaram" - VİDEO

Əməkdar artist Elza Seyidcahan atasını axtarır.

BAKU.WS xəbər verir ki, ifaçı Xəzər TV-də yayımlanan “Ay Zaur” proqramında uzun illər əvvəl Rusiyaya işləməyə gedən atasından xəbərsiz olduğunu bildirib:

"Atam "sezona" getdi. Kuybışevdə yaşadığını bilirdik. Sonuncu dəfə nənəm rəhmətə gedəndə gəlmişdi. Mən artıq konservatoriyada oxuyurdum, metrodan çıxanda rastlaşdıq. Ondan sonra atamı görmədim. Deyilənə görə bir oğlu var, ona görə qayıtmayıb. Atamın qohumlarından çox soruşduq. bir söz deyən olmadı. Bizə atam haqqında bir xəbər versələr, çox minnətdar olaram. Sağdırsa şox yaxşı, rəhmətə gedibsə, gətirək doğulduğu kənddə nənəmin yanında dəfn edək. Çünki mənim atam elinə-obasına çox bağlı idi".

AyselBAKU.WS

Mənbə: baku.ws