Xalq artistinin rəssam qızı: "Nişanlım dizaynerdi"

Xalq artistinin rəssam qızı:  "Nişanlım dizaynerdi"

Xalq artisti Mələkxanım Əyyubova "Evdəkilərə salam" proqramını evində qonaq edib.

Axşam.az xəbər verir ki, xanəndənin qızı Nəzrin də kamera qarşısına keçib. Rəssamlıqla məşğul olan Nəzrin əl işlərini nümayiş etdirib. O bildirib ki, rəsm əsərləri xaricdə sərgilərdə də nümayiş edilib:

"Xaricdə sərgilərdə olmuşam, sertifikatlar almışam. İncəsənət Universitetini bitirmişəm. Təhsilimi davam etdirməyi düşünürəm. Yxın günlərdə sərgi etməyi planlaşdırıram".

Nişanlısından danışan Nəzrin "Nişanlım dizaynerdi. Mənə dəstək olur" deyə, söyləyib.

Mənbə: axsam.az