İstanbulun məşhur körpüləri Azərbaycan bayrağının rənglərində işıqlandırılacaq

İstanbulun məşhur körpüləri Azərbaycan bayrağının rənglərində işıqlandırılacaq

İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 27-28 may tarixlərində dövlət bayrağımızın rəngləri ilə işıqlandırılacaq.

Körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, XİN, Türkiyənin Avtomobil Yolları Dövlət Müdürlüyü və İstanbul Valiliyinin dəstəyi ilə baş tutacaq.

Körpülərin işıqlandırılması mayın 28-dək davam edəcək.

Qeyd edək ki, ötən il də Respublika Günü münasibətilə hər üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Mənbə: www.realtv.az