İndi də “Şah Nəsimi” oxuyan Afət Fərmanqızı: “Nəsimi bilər, mən bilərəm, anam tərəf Hindistandan olduğu üçün...”

İndi də “Şah Nəsimi” oxuyan Afət Fərmanqızı: “Nəsimi bilər, mən bilərəm, anam tərəf Hindistandan olduğu üçün...”

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəlini ifa edərək tənqid hədəfi olan müğənni Afət Fərmanqızı bu dəfə “Şah Nəsimi” adlı mahnısını yayımlayacaq.

Müğənni bununla bağlı sosial şəbəklərdə yenidən tənqidlərə məruz qalıb. Onu Nəsimi irsinə hörmətsizlikdə günahlandırıblar.

A.Fərmanqızı Cebhe.info-ya açıqlamasında tənqidlərə münasibəti bildirib. O, Nəsimini tanımayan şəxslərə onu tanıtmaq üçün şairin yaradıcılığına müraciət etdiyini söyləyib:

"Tənqid olunmağım üçün oxumuşam. Nəsimi icazə verib, mən də oxumuşam ki, tənqid olunum. Mən bir şey deyim. Müğənni Aysel Əlizadənin oxumağını bəyənirəm, normal oxuyur. Amma bayaq qarşıma bir şey çıxdı. Sual verirlər ki, "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəli kimindir? Deyir ki, Füzulinin. Mən hələ insanları öyrədirəm ki, bu Nəsiminindir. Şou-biznesdə olan, ədəbiyyata daxil olan bir şəxs Məhəmməd Füzuli ilə Nəsimini ayıra bilmir. Təsəvvür edin. Biz həm də ədəbiyyatçı sayılmalıyıq. Çünki işimiz sözlədir. Bu Nəsimiyə müraciət etdiyim 5-ci qəzəldir, 5 mahnı da hələ qalıb. Qoy, 7-dən 77-yə hamı tanısın ki, Nəsimi kim olub və bizimdir. Hətta iddialar var ki, Nəsimi türkmən olub. Farslar da deyir, bizimdir. Mən onlara bildirirəm, bizimdir ki, mən oxuyuram. Sizin olsa, siz oxuyarsınız. Tənqidə də çox şadam, inkişaf olan yerdə tənqid olmalıdır. Bir də ki, Nəsimi bilər, mən bilərəm".

Müğənni bu mahnıları hind üslubunda ifa etməsinin səbəbini də açıqlayıb:

"Oxuduqlarımın hamısı Azərbaycan mahnısıdır. Azərbaycanda "Pəncu-şeş"in qafiyəsinə uyğun musiqi tapa bilmədim. Mənim ana qohumlarım da Hindistandan olduğu üçün ora da mənim ana yurdumdur. Mən də ana yurdumla ata yurdumu birləşdirmişəm".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info