Tanınmış operator vəfat edib

Tanınmış operator vəfat edib

Türk kinosunun tanınmış operatoru, "Yeşilçam" filmlərini ekranlaşdıran Erdal Kahraman vəfat edib.

Open.az xəbər verir ki, tanınmış operator ötən gün İzmirdə, 73 yaşında dünyasını dəyişib.

1947-ci ildə anadan olan Erdal Kahraman, Atif Yılmaz, Şerif Gören, Ömer Kavur kimi tanınmış türk rejissorları ilə çiyin-çiyinə çalışıb.

Mərhum Erdal Kahraman - "Uçurtmayı Vurmasınlar", Polizei", "Gizli Yüz", "Böyük Adam Küçük Aşk", "Katırcılar", "Nihavend Mucize" və.s. filmlərin və bir çox serialların quruluşçu operatoru olub.

Ülviyyə Həsənqızı

Mənbə: open.az