Hollivud aktrisası 8 yaşlı oğlunun çılpaq fotolarını yaydı və...

Hollivud aktrisası 8 yaşlı oğlunun çılpaq fotolarını yaydı və...

Amerikalı aktrisa və müğənni Hilari Duff sosial şəbəkədə səkkiz yaşlı oğlu Luka Kruiz Komrinin çılpaq foto və videolarını yerləşdirdikdən sonra seks qalmaqalına girib. Düzdür, o, çılpaq yerləri stikerlərlə örtüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Blast” nəşri yazır.

32 yaşlı məşhur dərhal bu məzmuna görə tənqid edilib.

İstifadəçilər Duffu çılpaq kiçik oğlu ilə görüntüləri yaymaqda və satmaqda günahlandırıblar.

Hilari bu fərziyyələri iyrənc adlandırıb, qalmaqallı görüntüləri çıxarıb və nifrət edənlərə cavab verib.

“Hər kəsin vəhşicəsinə yorulduğunu başa düşürəm, amma bu, həqiqətən iyrəncdir. Bu cəfəngiyatı kimlərinsə ictimai müzakirəyə çıxardığını bilmirəm. Ancaq belə insanlar telefonlarına baxmamalı və özlərinə hobbi tapmalıdırlar”. Aktrisa “Twitter”də belə yazıb.

İstifadəçilər borc içində qalmayıblar və səkkiz yaşlı uşağını tamamilə çılpaq şəkildə yaymağın qəribə olduğunu bildiriblər.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az