“İnstagram”ım uçacaq” - Əməkdar artistdən qəribə etiraf

“İnstagram”ım uçacaq” - Əməkdar artistdən qəribə etiraf

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədən gedir.

Yenisabah.az xəbər verir ki, bu haqda “İnstagram”da yazan sənətçi sosial şəbəkə hesabının parolunu unutduğunu bildirib:

“Heç bir parolum yadımda deyil, deyəsən, “İnstagram”ım uçacaq. Düşünürəm ki, bağlansa, yenisini açmayacağam. Hər kəsi öpürəm”.

Qeyd edək ki, xanım sənətçi sosial şəbəkədən aktiv istifadə edən məşhurlar sırasındadır.

Mənbə: yenisabah.az