"Sevgilimin şalvarlarını geyinirəm"

"Sevgilimin şalvarlarını geyinirəm"

Rol aldığı "Strike Back" serialı üçün uzun müddətdir İngiltərədə yaşayan aktrisa-model Yasemin Allen etiraflar edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tez-tez sevgilisi Conni Qrantın əşyalarını geyindiyini açıqlayıb.

Oğlan tərzində geyinməyi xoşladığını söyləyən Yasemin sevgilisinin şalvarlarından istifadə etdiyini bildirib:

"Əynimə çox da gözəl qalır. Onun qarderobundan istifadə etməyi xoşlayıram. Hündürdaban ayaqqabı ilə yeriməkdə çətinlik çəkirəm. İdman tərzi mənə daha çox uyğundur".

Mənbə: axsam.az