"İnstaqram yoldaşım..." -VİDEO

"İnstaqram yoldaşım..." -VİDEO

Tanınmış şair Qulu Ağsəs öz "İnstaqram" səhifəsində iki yaşlı İpək Məcidlə canlı yayıma çıxıb. Qızcığaz şairin suallarını özünəməxsus şəkildə cavablandırıb. Qeyd edək ki, İpək Məcid kiçik olsa da çoxlu şeir bilir.

Qulu Ağsəsin İpəyə həsr etdiyi şeiri şairin öz səsində təqdim edirik:

iki yaşlı İpək Məcidə

 

Nə deyim ki, ay İpək,

Gül xətrinə dəyməsin?!

Gecələr açıq olur

Yuxunun bir düyməsi...

 

Saatlarla dinməyib

Qəfildən vəcdə gələn!

Ata Məciddən qaçıb

Baba Məcidə gələn!

 

Telefonu açmadın

Kefimi pozdun mənim.

İnstaqram yoldaşım,

Karantin dostum mənim!

 

Yollar yasaqdı, İpək,

Hava sazaqdı, İpək,

Çiçək taxıb telinə –

Çıx Günəşin yerinə!..

(525.az)

 

Mənbə: moderator.az