Azərbaycanın arxeoloji materiallar əsasında yazılmış ilk elmi əsəri hansıdır? - VİDEO

Azərbaycanın arxeoloji materiallar əsasında yazılmış ilk elmi əsəri hansıdır?  - VİDEO

"YouTube" video portalında "Tariximizi birgə öyrənək" adlı layihə davam edir.

Moderator.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan tarixi ilə bağlı maraqlı əsərləri videolar vasitəsilə geniş ictimaiyyətə təqdim etməkdir.

Növbəti buraxılış "Əski mədəniyyət tarixi" adlı əsərə həsr olunub. Bu əsər Azərbaycanın arxeoloji materiallar əsasında yazılmış ilk elmi monoqrafiyasıdır. Monoqrafiyanın müəllifi görkəmli alim Davud bəy Şərifovdur. Bu kitab qədim mədəniyyət tarixi haqqındadır.

Qeyd edək ki, layihənin ideya müəllifləri gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyevadır.

Mənbə: moderator.az