Daha bir rusiyalı aktrisa koronavirusa yoluxdu

Rusiyalı aktrisa Darya Moroz koronavirusa yoluxub.

Primetime.az rus mətbuatına istinadən xəbər verir ki, aktrisadan COVID-19 üçün götürülən testin cavabı müsbət çıxıb.

Məlumata görə, bazar günü 36 yaşlı aktrisa "Танцы со звездами" ("Ulduzlarla rəqslər") teleşousunun final çəkilişlərində iştirak etməliydi. Məlum səbəbə görə bu plan baş tutmayıb.

Aktrisanın virusa kimdən yoluxduğu məlum deyil, lakin daha əvvəl teleşounu daha iki iştirakçısı - Mariya İvakova və Anna Babenkoya da koronavirus diaqnozu qoyulub.

Primetime.az

ƏVVƏLKİ XƏBƏR

Nazir ümidli danışdı: Neft bazarı iyundan stabilləşəcək

SONRAKI XƏBƏR

Onlar İnstaqramda nələr paylaşıb? - FOTOLAR