62 yaşlı Şeron Stoun bikinili poz verdi - FOTO

62 yaşlı Şeron Stoun bikinili poz verdi - FOTO

Məşhur Hollivud ulduzu, 62 yaşlı Şeron Stoun hovuz qarşısında bikinili poz verib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qüsursuz bədənə sahib olan aktrisa lentə aldığı fotoları sosial mediada paylaşıb. Onun bu paylaşımına çox sayda şərh yazılıb və bəyənilib.

Fotolarda digər diqqət çəkən məqam isə onun qoruyucu maska taxmasıdır. Bu isə o anlama gəlir ki, kino ulduzu, koronavirusla əlaqədar tətbiq edilən karantin qaydalarına evdə də riayət edir.

Mənbə: publika.az