Məşhur caz ifaçısı və zərb alətləri ustası vəfat edib

Məşhur caz ifaçısı və zərb alətləri ustası vəfat edib

Məşhur zərb alətləri ustası, caz ifaçısı Cimmi Kobb vəfat edib.

Open.az xəbər verir ki, Cimmi Kobb 91 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Ötən gün Nyu-Yorkdakı evində həyatını itirən məşhur ifaçısı, 20 yaşından caz musiqisi ilə məşğul olub.

Sənət həyatı boyunca Dina Vaşinqton, Uest Montqomeri, Con Koltreyn və Maylz Devis kimi məşhur ifaçılarla əməkdaşlıq edən Cimmi Kobb, "Kind of Blue" adlı dünyanın tanınmış caz albomunun həmmüəllifidir.

Ülviyyə Həsənqızı

 

 

Mənbə: open.az