Bu ölkədə 600-dən çox məhkum ƏFV EDİLDİ

Bu ölkədə 600-dən çox məhkum ƏFV EDİLDİ

Sudanda Ramazan bayramı münasibətilə 600-dən çox məhbus əfv edilib.

Sonxeber.az xəbər verir ki, hakimiyyət rəsmilərinin verdiyi açıqlamada Ramazan Bayramı və koronavirus ilə mübarizə səbəbiylə 18 əyalətdə 600-dən çox məhkumun əfv edildiyi bildirilib.

Azadlığa buraxılanlar arasında insanlara qarşı cinayətlərdə ittiham olunanların olmadığı vurğulanıb.

Qeyd edək ki, bu günə qədər ölkədə 3 min 976 nəfərdə koronavirus aşkar edilib, 170 nəfər isə həyatını itirib.

F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az