“Bambılı-bambılı mahnı oxuyanlara…” – İlahə Fəda qəzəbləndi

“Bambılı-bambılı mahnı oxuyanlara…”  – İlahə Fəda qəzəbləndi

Müğənni İlahə Fəda səsi olmayıb efirlərdən düşməyən ifaçıları topa tutub.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Show-news” verilişinin qonağı olan sənətçi oxuya bilməyənlərə ultimatum göndərib: “Beş manat pul qazanmaqdan ötrü öz repertuarlarını korladılar. Sənətlə işləri olmasın, sənətkara dəyməsinlər. Pullarını qazansınlar, amma musiqiyə toxunmasınlar. Çalışıram ki, oxuya bilməyənlərə qulaq asmayım, çünki Allah mənə bu qulağı, duyumu verib, mən onu belə eybəcər səslərlə yormaq istəmirəm. Həm də oxuya bilməyənlərə, oxuya bilib də bambılı-bambılı mahnılar oxuyanlara qulaq asmaq istəmirəm. Çalışıram ki, dinləməyim. Klassik, səviyyəli musiqi dinləyirəm və feyziyab oluram”.

Xanım sənətçi həmin ifaçıların adlarını çəkmək istəməyib və onları məsxərəyə qoyub: “Onlar o qədər çoxdurlar ki, adlarını yadda saxlamaq olmur. Bu məsələ ilə bağlı əvvəl çox aqressiv idim, amma son vaxtlar düşündüm ki, qoy oxusunlar. Onlar da pul qazanmaq, yaxşı yaşamaq istəyirlər, əziyyət çəkirlər, yalvarırlar, ağız açırlar, efirlərə çıxırlar. Qoy oxusunlar, amma sənətlə işləri olmasın. Pis yola düşməkdənsə, qoy oxusunlar. Hərənin bir həyat tərzi var, özünə sığışdırırsa day-dayı ilə gündəmə gəlir”.

Həmin görüntüləri təqdim edirik:

 

 

 

Mənbə: yenisabah.az