Qar adamı "yaşayan" malikanə satışa çıxarıldı - 999 MİN DOLLAR - FOTO

Qar adamı "yaşayan" malikanə satışa çıxarıldı - 999 MİN DOLLAR - FOTO

ABŞ-ın Kaliforniya ştatının Felton şəhərciyində 999 min dollara satışa çıxarılan malikanə üçün maraqlı reklam fotoları hazırlanıb.



BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "İnsider" yazır.



Belə ki, dərc olunan fotolarda evdə "yaşayan" qar adamı (dağ və meşələrdə yaşayan mifik insanabənzər varlıq, yeti) təsvir olunub.



Belə bir reklamı rieltor Daniel Oster alıcıların diqqətini cəlb etmək üçün fikirləşib. Onun sözlərinə əsasən, mənzil almaq bir növ sərgüzəştdir və burada xoş sürprizlərə yer ayrılmalıdır.



Reklam "Zillow" ev alqı-satqısı saytına daxil olanların kefini açmaq üçün nəzərdə tutulub. Şəkillərdə yeti adi insanın həyatını yaşayır: yoqayla məşğul olur, şirniyyat bişirir, kitab oxuyur və s.



Satışa çıxarılan evin ərazisi təxminən 174 kvadrat metrdir. Burada beş yataq otağı, üç vanna otağı var. Geniş panoramik pəncərələr sayəsində otaqlar həmişə işıqlı olur.








 

 

Mənbə: big.az