“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”

“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”

Artıq bir müddətdir ki, ədəbiyyat sahəsində koronavirusla bağlı yazı müsabiqələrinə start verilib.

Yazıları gözdən keçirən şair İlqar Fəhmi Moderator.az-a açıqlamasında öz təəssüratlarını bölüşüb:

“Ümumiyyətlə, bu cür hadisələrin insanlar tərəfindən dərk olunmağı anında qiymətləndirilə bilməz. Düzdü, bu gün Mədəniyyət Nazirliyi koronavirusla bağlı müsabiqə keçirir və hazırda həmin yazıları oxuyuram. Bundan əvvəl “Book center”də bir hekayə müsabiqəsi keçirdi. Baxdım ki, hələ isti-isti hadisənin içində olduqlarına görə hələ qiymətləndirmə prosesi bir növ indi başlayıb. Amma hələ ki, hadisənin özünü dərk edə bilmirlər və yəqin ki, pandemiya sovuşandan sonra onun insanların psixologiyasındakı dəyişikliklərini və ədəbiyyatımıza nə gətirdiyini müşahidə edəcəyik.

Yazılara baxanda görürəm ki, hələ qiymətləndirmə prosesi başlamayıb. Müsabiqələr koronavirusa aid deyil, sadəcə pandemiyayla mübarizə aparan insanların həyatına həsr olunub. İlin sonuna qədər isə bunun reaksiyasını görəcəyik”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az