Onur Tuna "Mucize doktor"un aqibətindən DANIŞDI: "SERİAL QALDI..." - VİDEO

Onur Tuna "Mucize doktor"un aqibətindən DANIŞDI: "SERİAL QALDI..." - VİDEO

"Ən son Azərbaycana gəldik, sevənlərimizlə görüşdük ondan sonra da evdə qaldıq. Sizin üçün çox darıxmışıq. Bakıda çox gözəl qarşılandıq. Hər zaman Türkiyə ilə Azərbaycanın iki qardaş ölkə olduğunu bilirdim, amma bu dəfə buna tam əmin oldum".
News24.az xəbər verir ki, bu sözləri Türkiyənin sevilən aktyoru Onur Tuna azərbaycanlı iş xanımı Ruhi Əliyevanın canlı yayımında deyib. Karantin müddətində cəmi ikinci dəfə canlıya qoşulan Onur Tuna, milyonların maraqla izlədiyi "Mucize Doktor" serialının aqibətindən də danışıb: "Çəkilişlərimizi dayandırmaq məcburiyyətindəydik. Yəni bir şəkildə hansısa tədbir görülməliydi. Ortaq qərar nəticəsində çəkilişlərimizi dayandırmaq qərarını aldıq. Bütün yaradıcı heyət toplaşıb ortaq bir qərar verdik və çəkilişlər bir də gələn il başlayacaq. Buna görə çox üzüldük, çünki işlərimiz çox yaxşı gedirdi, serialımız reytinqli idi. Öz-özümə düşünürdüm ki, uğurumuza nə maneə ola bilər? Nəticədə pandemiya həyatımıza girdi və hər şeyə bir müddətlik nöqtə qoymalı olduq. Gələcəkdə yaşayacağımız gözəl günlərimiz üçün bütün deyilənlərə əməl edib səbr edirik. İşimiz üçün çox darıxmışıq. Düzdür, müəyyən layihə təklifləri alıram, amma yenə də hər şeyin qaydasına düşəcəyi günü səbirsizliklə gözləyirəm".

Mənbə: news24.az