Çində içində naməlum maye olan qədim qab tapılıb

Çində içində naməlum maye olan qədim qab tapılıb

Çin arxeoloqları Henan əyalətinin Sanmensya şəhərində qədim məzarda 2000 yaşı olan tunc qabı aşkar edib.

İnterAz "Sinxua"a agentliyinə istinadən xəbər verir ki, qabın üzərindəki dekorativ elementlər qazın başı və boynundan ibarətdir, içərisində naməlum maye var.

Qəbir Sanmensya şəhərində gecəqonduların yenidən qurulması zamanı tapılıb.

"İlkin təhlillərin nəticələrinə əsasən mütəxəssislər məzarın Sin sülaləsinin sonu (e.ə. 221 - 207-ci illər) və Qərbi Han sülaləsinin başlanğıcında (e.ə. 8-ci ildə) qurulduğuna inanır", Sanmensya Mədəni İrs və Arxeologiya İnstitutunun nümayəndəsi Çju Syaodun bildirib.

Onun sözlərinə görə, məzar vəzifəli şəxsə aid ola bilər.

Mənbə: www.interaztv.com