Asya Atakişiyeva: "Ailə və sənət müqayisə ediləsi məfhumlar deyil" - MÜSAHİBƏ

Asya Atakişiyeva: "Ailə və sənət müqayisə ediləsi məfhumlar deyil"    - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rubrikasının bu dəfəki qonağı gənc və istedadlı, sevimli aktrisamız Asya Atakişiyevadır.

- Asya Atakişiyevanı teatra bağlayan nədir? Bu sahədə ən böyük dəstəkçiləriniz kim olub?

- Teatr çox fərqli bir yerdir, fərqli bir məkandır, ümumiyyətlə, fərqlidir. İstərdim insanları teatra həmişə gözəl hisslər bağlasın. Teatra məni bağlayan yaradıcılıqdır. Bu sahədə məni dəstəkləyən adamlar çox olub, indi də dəstəkləyənlər var. Hər bir gənci dəstəkləmək lazımdır ki, daha həvəslə çalışsın. Tənqidlə bərabər, dəstək mütləqdir.

- İndiyə kimi bir çox fərqli rollar ifa etmisiniz, bunlar içərisində sizin üçün unudulmaz, ən yadda qalan obraz hansı olub?

- Hər biri mənim üçün unudulmazdır. Heç bir rolu sevmədən oynamamışam. Hər biri unudulmaz olaraq yadımda gözəl qalıb, ayırmaq olmur.

- Əgər Asya Atakişiyeva aktrisa olmasaydı hansı peşəni seçərdi?

- Əslində, mən rəssam olmaq istəmişəm, bir çox sənətləri bəyənirəm. Bir də arxeoloq olmaq istəmişəm. Səyahəti sevirəm, bu sahədə olan peşəni seçərdim. Amma sənətim ağır, çətin olsa da, gözəldir.

- Azərbaycan incəsənətində özünüzə kimi örnək götürürsünüz? İdealınız kimdir?

- Bir çox sənətkarlarımızı sevirəm, örnək götürürəm. Hər birinə hörmətlə yanaşıram.

- Toyu nə vaxta planlaşdırırsınız?

- Toyun vaxtı hələ bilinmir, bildiyimiz səbəblərdən. Allahın iznilə hər şey qaydasına düşsün, vaxtı təyin edəciyik. Dəqiqləşsin məlumat verəciyik.

- Ailə və sənət arasında qalsanız hansını seçərsiniz? Sevginizi sənətinizə dəyişərsinizmi?

- Ailə və sənət müqayisə ediləsi məfhumlar deyil. Ailə hər şeydən üstündür.

Dilşad Məmmədova

Mənbə: buta.ws