Tanınmış aktyor üsyan etdi: "Bu ölkənin vətəndaşı olmaqdan utanıram"

Tanınmış aktyor üsyan etdi: "Bu ölkənin vətəndaşı olmaqdan utanıram"

Türkiyənin tanınmış teatr aktyoru Orhan Aydın sosial media hesabından "od püskürüb".

Open.az xəbər verir ki, koronavirusa görə 3 aydır teatrların bağlı olmasından şikayətlənən Orhan Aydın "Teatrımız Yaşasın" sloqanı ilə kompaniya başladıb və 7 maddəlik tələbnamə irəli sürüb.

"Teatrı məslək kimi qəbul etməyib, yasağı qaldırmayan bir ölkənin vətəndaşı olmaqdan utanıram" deyən Orhan Aydın, 3 aydır maaş almadıqlarını və teatr aktyorlarının maddi durumunun pis vəziyyətdə olduğunu vurğulayıb.

Ülviyyə Həsənqızı

Mənbə: open.az