Səsi ilə ovsunlayan sənətkar - VİDEO

Səsi ilə ovsunlayan sənətkar - VİDEO

Ofeliya Sənani. Təqdimata ehtiyacı olmayan sənətkar. Uşaqlıdan onun səsi ilə böyümüşük, təqdimatında silsilə nağıl və tamaşalara qulaq asmışıq, səsinin sehrinə düşmüşük.

Bu gün Xalq artisti, məşhur televiziya aparıcısı, diktor Ofeliya Sənanin ad günüdür.

Ofeliya xanım 1941-ci ildə Bakıda doğulub.1966-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1959-1975 illərdə Azərbaycan radiosunda çalışıb, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib.

1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" kimi televiziya filmlərində özünəməxsus obrazlar yaradıb.

Ad günlərini evdə , sevdiklərinin əhatəsində qeyd etməyi sevən Ofeliya xanım Keçdiyi həyat yolundan və yaşadıqlarından çox razıdır. Bu gündə yaradıcılıqla məşğul olan sənətkar gənc nəslə əsl örnək və gözəl nümunədir.

Mənbə: www.realtv.az