“Üç aydır bir qəpik qazanmamışam” – Məşhur aktyor

“Üç aydır bir qəpik qazanmamışam”  – Məşhur aktyor

Türkiyənin tanınmış teatr aktyoru Orhan Aydın sosial şəbəkə hesabında qalmaqallı paylaşımı ilə gündəmə gəlib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı aktyor teartların virusa görə bağlı qalmasına etiraz edib. O, “Teatrımız yaşasın” şüarı ilə kampaniya başladıb və tələblər irəli sürüb: "49 ildir ki, aktyoram. Onlarla film, serial və tamaşalarda rol almışam. Üç aydır bir qəpik belə qazanmamışam. Minlərlə həmkarım da mənimlə eyni vəziyyətdədir.

Teatrı peşə olaraq qəbul etməyib, qadağanı qaldırmayan bir ölkənin vətəndaşı olmaqdan utanıram”.

Mənbə: yenisabah.az