“Ölü Həsən” - Rafiq Tağının reinkarnasiyası (VİDEO)

“Ölü Həsən” - Rafiq Tağının reinkarnasiyası (VİDEO)

Rafiq Tağı gözümzün qarşısında qocalır. Baxıram ki, avqustun beşində qardaşımızın 70 yaşı tamam olacaq... Öz üslubunda desək, heyhat, zaman çox qıvraq tərpənir. Həm də məhz biz istəməyəndə.

O ölkələr xoşbəxdir ki, orda Rafiq Tağı kimi adamlar dünyaya gəlir, demək ki, Azərbaycan da heç olmasa bu sarıdan xoşbəxt ölkələr siyahısındadır. Ancaq o yazıçılar bədbəxdir ki, Azərbaycan kimi ölkələrdə doğulurlar...

Burada insanların ömrünü uzadan doktorların ömrünü kəsirlər. Adamların həyatını yazan yazıçının həyatını pozurlar...

Burada yazıçılar tapanda bir tikə çörək yeyirlər, ancaq elə buradaca çörək yazıçını son tikəsinə kimi yeyir. Rafiqi yeyə bilmədi çörək. Rafiqi sözü yedi, sözünə görə yedilər onu: namərdcəsinə öldürdülər, o isə kişi kimi öldü və əbədi yaşayış vəsiqəsi qazanaraq!

Hər dəfə adı dilə gələndə, sözü eşidiləndə reinkarnasiya baş verir və Rafiq Tağı yenidən dünyaya qonaq gəlir.

Gəlin qonağımızı Anar Adilin səsində "Ölü Həsən”lə qarşılayaq...

"Reinkarnasiya” təqdim edir:

Mənbə: qaynarinfo.az