"Murad Dadaşov telekanala gələndən sonra da Bədii Şura üzvləri ora dəvət edilməyib”

"Murad Dadaşov telekanala gələndən sonra da Bədii Şura üzvləri ora dəvət edilməyib”

“Xəzər TV-də aparılan islahatlardan xəbərsizəm, çünki nə səs var, nə də səmir”

Bunu Moderator.az-a açıqlamasında kinorejissor, Xəzər TV-də Bədii Şuranın üzvü Ayaz Salayev deyib. Kinorejissor şura üzvlərinin cəmisi bir dəfə telekanalda toplandığını bildirib:

“Xəzər TV-də aparılan islahatlardan xəbərsizəm, çünki nə səs var, nə də səmir. Heç telekanala da gedib-gəlmirəm. Bədii Şura yaradılandan sonra bir dəfə toplantımız keçirildi. Hər şey formal oldu və ondan sonra da hər bir tərəfə çıxıb getdi. Murad Dadaşov telekanala rəhbər gələndən sonra da Bədii Şura üzvləri ora dəvət edilməyib”.

Qeyd edək ki, M.Dadaşov telekanala rəhbər təyin ediləndən sonra islahatlara başlayıb. Bununla yanaşı, bir neçə tanınmış aparıcılar telekanalda işlə təmin edilib.

Mənbə: moderator.az