Elton Hüseynəliyev: "Qüsurları da. düzləri də bizdən soruşun" - VİDEO

Elton Hüseynəliyev: "Qüsurları da. düzləri də bizdən soruşun" - VİDEO

"Tamaşaçının zövqünü oxşamaq elə ciddi sənətlə məşğul olmaqdır. Hər zaman sənət nümayiş etdirmək lazımdır". Bu sözlər müğənni Elton Hüseynəliyevə məxsusdur.

BAKU.WS xəbər verir ki, ifaçı Xəzər TV-nin "5-də 5" verilişində kütlənin zövqünü korlayan musiqiləri qətiyyən ifa etmədiyini və etməyəcəyini bildirdi:

"Sənət böyük bir dəryadır. Mən illərimi bu sənətə həsr etmişəm, bu gün də öyrənirəm. Zövqlər korlanmır, formalaşmaqda olan zövqlər korlana bilər. Bir insanın zövqü ya olur, ya olmur. Zövqlü və zövqsüz insanlar var. Yaxşı var, pis var. Keyfiyyət var, kəmiyyət var. Biz keyfiyyətə işləyirik.

Stil oxuyanları gətirib ciddi sənəti müzakirə etmək yaxşı şey deyil. Qüsurları da, düzləri də bizdən soruşun".

Mənbə: baku.ws