Robot model bir çox Hollivud ulduzlarına rəqib olacaq

Robot model bir çox Hollivud ulduzlarına rəqib olacaq

Rəqəmsal model Lil Miquela məşhur Hollivud ulduzları ilə əməkdaşlıq edən CAA agentliyi ilə müqavilə bağlayıb.

TED.az xəbər verir ki, İnstaqram hesabında 2 milyondan çox izləyicisi olan robot model agentliklə televiziya, film və reklam sektorunda birgə çalışacaq.

Yaradıcısı Brud olan Lil Miquela 2016-cı ildə sırf dəb məqsədilə istehsal olunub.

Qeyd edək ki, məşhur model robot olmasına baxmayaraq, bir sıra tanınmış şirkətlərlə əməkdaşlıq edir, reklam çəkilişlərinə dəvət alır.

Mənbə: ted.az