"Yazıq adamdır..." - Flora Kərimova gecikmədən cavab verdi

"Yazıq adamdır..." - Flora Kərimova gecikmədən cavab verdi

"Şeyx Əbdülün dediklərini onun ağ saçına bağışlayıram. Heç bir sayt mənə qarşı özbaşına nəsə yazmaz. Əgər Şeyx Əbdül deyirsə ki, mən heç nə söyləməmişəm, o zaman yazan saytı məhkəməyə versin".

Bu sözləri Şeyx Əbdülə cavab olaraq Xalq artisti Flora Kərimova BiG.AZ-a söyləyib:

"Deyir ki, Anna Akopyanın ölkəmizlə bağlı dediklərinə cavab versin. Kişi adını daşıyan bir adam cavab verməlidir, yoxsa mən? Əgər elin kişisi Şeyx Əbdül cavab verə bilmirsə, elin anası, xanımı Flora Kərimova cavab verər. Halal, haram məsələsinə qalanda isə halallığı mənə millətim verib. Çünki mən heç vaxt xalqıma xəyanət etməmişəm. Şeyx Əbdül yazıq adamdır. Onu məhkəməyə niyə verim axı? Bir insan ki, dünən dediklərini bu gün inkar edirsə, nə deyim axı? Söyləyir ki, elə bir fikirlər səsləndirməyib. Əgər deməyibsə, o zaman sayta qarşı məhkəmə iddiası qaldırsın. Şeyx Əbdül bilir ki, sayt onun fikirlərini səsyazma şəklində özünə təqdim edəcək".

Rövşən Tahir

 

Mənbə: big.az