Koronavirusa yoluxduğunu hamıdan gizlədib

Koronavirusa yoluxduğunu hamıdan gizlədib

İtaliyalı məşhur tenor Andrea Boçelli iki ay əvvəl koronavirusa yoluxduğunu etiraf edib.

Axşam.az xəbər verir ki, 61 yaşlı sənətçi bu barədə "Good Morning America" verilişində danışıb.

Martın 10-da analiz nəticələri müsbət çıxan ifaçı infeksiyaya 36 yaşlı həyat yoldaşı Veronika Berti də yoluxdurub.

Xəstəliyi yüngül formada keçirən Andrea pərəstişkarlarını təşvişə salmamaq üçün onlara məlumat verməyib.

Cütlük COVİD-19 vaksininin yaradılmasına yönəlmiş tibbi tədqiqatlar üçün artıq plazma donorları da olublar.

Qeyd edək ki, zəif görmə ilə doğulan Boçelli, 12 yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib.

Mənbə: axsam.az