Polinanın boşanma səbəbi açıqlandı

Polinanın boşanma səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur müğənnisi Polina Qaqarina və fotoqraf həyat yoldaşı Dmitri İshakov boşanır.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, onların ayrılığına səbəb maddi gəlirdə olan fərqdir. Bildirilir ki, 33 yaşlı artistin həyat yoldaşı ondan qat-qat az qazanır. İddia olunur ki, fotoqraf bir çəkiliş üçün 30-40 min rubldan çox almır. Qəzetin yazdığına görə, boşanmanın təşəbbüskarı Qaqarina özü olub.

“Ətrafdakı insanların fikrincə, son ildə hər şey üst-üstə gəldi - əsəb sarsıntıları, aclıq, özündən, ərindən narazılıq. Qalmaqallar ailədə tez-tez baş verən hala çevrildi”, - məqalənin müəllifi yazır.

Lakin qeyd edək ki, bu məlumatın rəsmi təsdiqi yoxdur. Müğənni boşanması ilə bağlı şərh verməyib.

Qeyd edək ki, P.Qaqarina 2007-2010-cu illərdə aktyor Pyotr Kirsanovla ailəli olub. 2007-ci ilin oktyabrında cütlüyün Andrey adlı oğlu dünyaya gəlib. Fotoqraf Dmitri İshakovla isə ifaçı 2014-cü ilin sentyabrında ailə həyatı qurub. Bu nikahda 2017-ci ilin aprelində Polinanın Miya adlı qız övladı dünyaya gəlib. Bu ilin may ayında KİV-də cütlüyün boşanması barədə xəbərlər yayılıb.

Mənbə: qafqazinfo.az