Acun Ilıcalı İnstaqramda rekorda imza atdı

Acun Ilıcalı İnstaqramda rekorda imza atdı

Pandemiyadan sonra İnstaqramda canlı yayımların sayı artmağa başlayıb. Məşhurlar bu platformada izləyici saylarını xeyli artıra biliblər.

Türkiyədə təxmini 10 ildir yayımlanan Survivor İnstaqramda yeni rekorda imza atıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, canlı yayımda İnstaqram izləyiciləri ilə yarışmaçılar arasında oyun keçirən Acun Ilıcalı rekord izləyici sayı ilə yadda qalıb. Canlı yayıma 3 milyon izləyici baxıb. Bu, Türkiyənin İnstaqram tarixində pik hədd hesab olunur.

Məşhur aparıcı sonda bu rekord üçün bütün izləyicilərinə təşəkkür edib.

Mənbə: news.milli.az