Ər-arvad evdə təmir zamanı Vikinqin məzarını tapdı

Ər-arvad evdə təmir zamanı Vikinqin məzarını tapdı

Norveçli bir cütlük evlərində təmir etmək qərarına gəldilər və qədim məzarlığa rast gəldilər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Local” nəşri yazır.

Ər-arvadın yaşadığı evin 1914-cü ildə tikildiyi bildirilir. Karantin zamanı cütlük istilik izolyasiyasını yeniləməyi qərara aldı və bunun üçün döşəmələri sökdü. Köhnə döşəmə lövhələrini çıxartdıqda bir muncuq və balta tapdılar. Sonra Nurland dairəsinin administrasiyası ilə əlaqə yaratdılar.

“Muncuğun oyuncaq avtomobilinin təkərindən düşdüyünü düşündük, amma yoxlamağa qərar verdik”. Ev sahibəsi Mariann belə deyib.

Onlara gələn arxeoloqlar evin altında Vikinq məzarlığının olduğunu dedilər. Muncuq və balta, onların hesablamalarına görə, Vikinq dövrünün qürubunun meydana gəldiyi 950-1050 illərə aiddir.

“Düşünürəm ki, Mariann və əri mükafat alacaqlar. Bu, Norveç üçün normal bir vəziyyətdir – tarixi əsərlər tapan insanlar hökumətdən mükafat alırlar” deyə arxeoloq Martinus Hauglid bildirib.

Muncuq və balta muzeyə göndərilib və Mariannın evində qazıntı işləri başlayıb, buna görə təmir təxirə salınıb.

Mənbə: konkret.az