Qeyri-adi uzun burnu olan it ULDUZA ÇEVRİLDİ - FOTOLAR

Qeyri-adi uzun burnu olan it ULDUZA ÇEVRİLDİ - FOTOLAR

ABŞ-ın Virciniya ştatının Riçmond şəhərinin sakini, 27 yaşlı Lili Kamburian saxladığı Eris ləqəbli itin dünyanın ən uzun buruna sahib olduğuna inanır. Qeyri-adi cinsdən olan Eris artıq "İnstagram" ulduzuna çevrilib.



BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.



Matın 19-da 2 yaşı tamam olan itin burnu 31 sm uzunluğundadır.

İtin adına açılan "İntagram" səhifəsinin 179 mindən çox izləyicisi var.



Erisin sahibləri rekordlar kitabına düşmək üçün heç vaxt itin burnunu ölçdürməyiblər, lakin dünyada vəziyyət stabilləşdikdən sonra bunu etmək ehtimalının olduğunu qeyd ediblər.
























 

 

Mənbə: big.az