Putin aktyoru didərgin salır

Putin aktyoru didərgin salır

Rusiyanın məşhur kino aktyoru Aleksey Panin prezident Putini tənqid edəndən telekanallar və bəzi sənətçilər onu unudub.

Moderator.az-ın məlumatına görə, bundan şikayətlənən aktyor deyib: "Daha əvvəlki kimi əziz və bahalı deyiləm. Bu ölkədə yuxarıların hansı müstəqil fikirli, müxalif düşüncəli sənətçidən zəhləsi gedirsə, onu qalmaqallı adam adlandırıb karyerasına son qoyurlar. Məni qadağan ediblər. Sovet dövründə də belə idi, onlar Saveli Kramarovu, Oleq Didovu unutdurub didərgin saldıqlar. Sərhədlərin açılmasını gözləyirəm. Hər şeyin siyasətə çevrildiyi Putin Rusiyasından, bu bataqlıqdan elə çıxıb gedəcəm ki, bir də ayaqlarım bura dəyməsin".

Məlumata görə, aktyor dostlarına qızı ilə İspaniyaya getmək istədiyini söyləyib.

Mənbə: moderator.az