Mədəniyyət nazirinin kim olacağlı bilindi – BU TANINMIŞIN ÖVLADI...

Mədəniyyət nazirinin kim olacağlı bilindi – BU TANINMIŞIN ÖVLADI...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) MədəniyyətNazirliyində həyata keçirdiyi anti-korrupsiya əməliyyatının ardından istefayagöndərilən mədəniyyət naziri Əbülfəs Qarayevin xələfinin kimliyi məsələsi gündəminəsas mövzularındandır. Yeni mədəniyyət nazirinin kimliyinin bunca ictimai marağın bir səbəbi də bu sahədə illərlə yığılıb qalmış problemlərin həllinəolan gözləntidir. Odur ki, indi hər kəs bu posta peşəkar və səriştəli kadrın təyinolunacağına ümüd edir. Mediada isə yeni mədəniyyət naziri kimi bir çox şəxslərinadları hallandırılır, sosial şəbəkələrdə hər kəs bu vəzifəyə layiq bildiyinamizədlərinin təbliğinə start verib. Bu isə mövzunun Azərbaycan ictimaiyyətiüçün nə qədər önəmli olduğunu göstərir.

Yeni mədəniyyət nazirinin kimliyi iləbağlı Sfera.az-a özəl informasiya daxil olub. Etibarlı mənbənin bildirdiyinəgörə, yaxın günlərdə bu posta təyinat gerçəkləşdiriləcək. Həmin vəzifəyə isəiki real namizədin olduğu, yeni nazirin həmin şəxslərdən birinin olacağıbildirilir.

Yeni mədəniyyət naziri postuna iki realnamizəddən biri Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrəmüşaviri, Azərbaycanın əməkdar incəsənət xadimi, qalereya sahibi Emin Məmmədovdur.Xatırladaq ki, E.Məmmədov çalışdığı müxtəlif vəzifələrdə özünü peşəkar rəhbər,yaradıcı şəxs kimi təsdiqləmiş biridir. Onun mədəniyyət naziri vəzifəsinə gətirilməsindədə məhz bu amilin rol oynadığını bildirən mənbənin sözlərinə görə, hakim dairələrdəE.Məmmədova böyük etimad və inam var.

Bildirək ki, E.Məmmədov yaradıcı nəslinnümayəndəsidir. Atası Səlhəb Məmmədov məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı,professordur. O, Berlində "Xocalı” abidəsi və Romada "Nizami Gəncəvi” abidəsi dədaxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Səlhəb Məmmədov həm dəRusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Qardaşı Elxan Məmmədov isəAFFA-nın Baş Katibidir.

Mədəniyyət naziri vəzifəsinə ikincireal namizəd isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınhumanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət vəİncəsənət Universitetinin sabiq rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, AzərbaycanRespublikasının əməkdar incəsənət xadimi Fərəh Şirməmməd qızı Əliyevadır.

Fərəh Əliyeva uzun illər mədəniyyət sahəsindəmüxtəlif vəzifələrdə çalışıb və onun fəaliyyəti həmişə dövlət tərəfindən yüksəkdəyərləndirilib. Həm bu sahənin bilicisi olması, həm də müsbət ictimaireputasiyaya malikliyi F.Əliyevanın nazir postuna təyinatını şərtləndirən amillərdənsayılır. Qeyd edək ki, Fərəh Əliyeva tanınmış professor Şirməmməd Hüseynovunqızıdır.

Mənbə: sfera.az