İnarə Babayeva Respublika gününə həs olunmuş yeni klipin TƏQDİM ETDİ

İnarə Babayeva Respublika gününə həs olunmuş yeni klipin TƏQDİM ETDİ

Azərbaycanın məhşur opera ifaçısı, Əməkdar artist, Akademik Opera və Balet teatrının solisti İnarə Babayevanın sözləri Şahin Musaoğluya, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus "Ölkəm "mahnısına çəkilmiş klipi işıq üzü görüb.
News24.az xəbər verir ki, İnarə Babyeva mahnını məxsusi olaraq Respublika gününə həsr etdiyini bildirib. İfaçı onu da qeyd edib ki, gənc bəstəkar Tamilla Əhədovanın bəstələdiyi mahnı neo klassika janrındadır.
Layihəni hazırlamaqda məqsəd ölkəmizin gözəlliyini musiqinin dili ilə tamaşaçılara təqdim etməkdir. İnarə Babayeva bu mahnı vasitəsilə bütün xalqımızı Respublika günü münasibəti ilə təbrik edib.

Mənbə: news24.az