Brilliantdan şok sözlər: "Bacılarım təhqirə 20 il dözdülər və..." - Etiraf

Brilliantdan şok sözlər: "Bacılarım təhqirə 20 il dözdülər və..." - Etiraf

Xalq artisti Brilliant Dadaşova "Elgizlə izlə" verilişində etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova bacılarının şəxsi həyatından danışıb: "Bəxti Allah yazır. Azərbaycanda ayrılanda, ailə dağılanda qadınları günahlandırırlar. Bəylərə deyirlər ki, çox mədəni adamdır.

Elə adamlar var ki, onun hər gün xanımına şillə vurması heç kimin ağlına gəlməz. Amma xanımlar on-on beş il dözdükdən sonra qaçıb gedirlər, yenə də onlar təqsirkar olurlar.

Əlbəttə ki, qürurlu qadınlar da var, onlar bir-iki ilə dözmürlər, ayrılırlar. Elə qadınlar var ki, mənim bacılarım kimi təhqirlərə, şillələrə 20 il dözüb.

Amma ayrılandan sonra qadın qınanır. Biz tanınmış nəsilik, axı. Mən heç bir qıza ayrılmağı arzulamıram".

Mənbə: teleqraf.com