"Daha çox izləyici yığmaq üçün mənim ölüm xəbərimi yayırlar"

"Daha çox izləyici yığmaq üçün mənim ölüm xəbərimi yayırlar"

Türk kinosunun görkəmli sənətkarı, məşhur aktyor Cüneyt Arkını yenə də "öldürüblər".

Open.az xəbər verir ki, sosial mediada haqqında çıxan: "Səhhəti pisləşdi, ağır vəziyyətdədir, öldü..." kimi yazılara üsyan edən 82 yaşlı sənətkar, yalan xəbərlər yayan insanları tənqid edib.

"Xüsusilə Facebook səhifəsində səhhətimlə bağlı çıxan yalan xəbərlərə inanmayın. Elə xəbərlər yayanların tək dərdi bəyənilmək və izləyicilərinin sayını artırmaqdır. Elə xəbərlərə etibar etməyin. Sözlərimi paylaşıb, yalan xəbərlərin önünü almaqla məni çox sevindirmiş olarsınız" deyən Cüneyt Arkın özünü yaxşı hiss etdiyini və sağ-salamat olduğunu vurğulayıb.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az