"Ayıbdır", "Nüşabənin fikirləri ilə razı deyiləm" - sənət adamları Əməkdar artistə qarşı çıxdılar

"Ayıbdır", "Nüşabənin fikirləri ilə razı deyiləm" - sənət adamları Əməkdar artistə qarşı çıxdılar

Müğənni Nüşabə Ələsgərlinin ATV-də yayımlanan "Bizimləsən" verilişində səsləndirdiyi fikilər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, "Müğənnilər niyə Nurlana kömək etsin ki, onları lağa qoyur" başlıqlı xəbər media gündəmini zəbt edib. BiG.AZ saytı olaraq məsələ ilə bağlı bir neçə şəxsin fikirlərini öyrəndik.



Afət Fərmanqızı: "Dünən efirə baxanda gördüm, Zaur bəy Nurlana çoxsaylı yardımlar etdi. Təqdirəlayiq addım idi. Nüşabə Ələsgərlinin dediyi sözləri ayıb bilirəm, ayıbdır. Nurlan kimin arxasınca danışıb? Sənəti olmayanın dalınca danışıb da. Tərəfdarıyam ki, Nurlan Əzizbəyliyə köməklik göstərilsin. Köməklik göstərənlərdən Allah razı olsun. Nüşabə Ələsgərlinin dediklərinin tərəfdarı deyiləm, sənəti olmayanın arxasınca danışarlar. Nurlan hər zaman doğruları söyləyən bir sənətkardır. Bu gün hamımız ona kömək olmalıyıq".



Təranə Səmədova: "Açığı etiraf edim ki, nə Nurlanın dediklərindən, nə də Nüşabə Ələsgərlinin söylədiklərindən xəbərdar deyiləm. Yəni, Nurlanın kimi lağa qoyduğunu, Nüşabənin isə niyə tənqid etdiyini açığı bilmirəm. Nurlan Əzizbəyliyə kömək olunmasına qaldıqda düşünürəm ki, yardım edilməlidir. Nurlan sənəti olan müğənnilərdəndir. Əgər siz deyirsinizsə ki, Nüşabə xanım söyləyir, Nurlana yardım olunmasın, bu fikirlə razı deyiləm. Nurlana kömək edilməsinin mən də tərəfdarıyam".



Aynur Dadaşova: "İstər Nüşabə xanıma, istərsə də Nurlana hörmətim var. Hər ikisi illərin sənətçisidir. Onu söyləyə bilərəm, yəqin ki, burada anlaşılmazlıq olub. Nurlanın haqqı var ki, bayağı müğənnilərə söz desin. Nurlan bunu sənətkarların ünvanına səslənirməyib. Sənəti bir kənara qoyaq, bir insan kimi Nurlana yardım edilməlidir".



İzzət Bağırov: "Nurlan ürəyindən əməliyyat olunanda Nüşabə xanım və mən onun yanına getmişik. Nüşabə xanım Nurlanın xətrini çox istəyir. Nurlanın ola bilər ki, bu dəqiqə əsəbləri yerində deyil. Normal bir haldır, nəyisə düzgün ifadə etməsin. Hər ikisi ilə də münasibətim yaxşıdır. Nurlana yardım olunmalıdır".

Rövşən Tahir

 

Mənbə: big.az