Dünyanın ilk "PİŞİK oteli" - FOTOLAR

Dünyanın ilk "PİŞİK oteli" - FOTOLAR

"Pişik kafeləri"nin olması artıq kimsəni təəccübləndirmir. Lakin pişik həvəskarları daha irəli gedərək Yaponiyanın Sizuoka prefekturasında "pişik oteli" açıblar.

BiG.AZ-ın bigicture.ru-ya istinadən verdiyi xəbərə görə, İzu şəhərində yerləşən "Auberge Hasebe" otelində pişiklər hər yerdədirlər: yemək yeyərkən sizdən "dilənirlər", dəhlizlərdə gəzirlər, hətta gecəni də müştərilərlə bir otaqda, onların yatağında keçirirlər.


Oteldə "pişik infrastrukturu" yaxşı inkişaf edib: hər yerdə pişik evləri, yemək və su qabları qoyulub.



Restoranda həm ənənəvi yapon, həm də fransız yeməklərini sifariş edə bilərsiniz: yerli aşpazın özü də fransızdır. Qonaqlar otelin yeməklərinin əla olduğunu deyirlər.





Lakin "əliniz cibinizdə olsun". Burada bir gün qalmaq üçün 15 000 yen (təxminən 237 manat) ödəməli olacaqsınız. Bu məbləğə səhər yeməyi və şam yeməyi də daxildir.









Natəvan Baxşiyeva

Mənbə: big.az