Şəhərin mərkəzində çəkilməsinə icazə verilməyən portret - Rəsulzadə

Şəhərin mərkəzində çəkilməsinə icazə verilməyən portret - Rəsulzadə

Pəri Miniatür Təbriz miniatür məktəbinin klassik texnikalarını müasir elementlərlə birləşdirən rəssamdır. Artıq 20 ildir ki, rəssam kimi fəaliyyət göstərir. O, 28 May Cümhuriyyət günü münasibətilə İçərişəhərdə M.Ə.Rəsulzadənin portretini çəkmək istəyib. Lakin burada icazə verilmədiyi üçün Nizami küçəsinə üz tutub. Polislər isə rəssama bura da maneə yaradıb. Polislər rəssama portreti heç kəsin görmədiyi, heç kimin olmadığı bir yerdə çəkməsini tələb edib. Buna etiraz olaraq, rəssam portreti tamamlamaq üçün Balaxanı ərazisinə üz tutub. Rəssamın ilk fərdi sərgisi 2012-ci ilin oktyabrında keçirilib. Dünyanın bir sıra ölkələrində əl işləri nümayiş edilib.

Mənbə: www.amerikaninsesi.org