Şavkat Mirziyoyev və xanımı evliliklərinin 37 illik yubileyini qeyd etdilər

Şavkat Mirziyoyev və xanımı evliliklərinin 37 illik yubileyini qeyd etdilər

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Xoşimova mayın 28-də evliliklərinin 37 illik yubileyini qeyd etdilər.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə prezidentin kiçik qızı Şaxnoz Mirziyoyeva valideynlərini bu tarix münasibətilə təbrik edib.

“Bu gün mənim üçün ən əziz insanların böyük bir günüdür. Valideynlərim 37 illik toy ildönümünü qeyd edir. Siz səmimi sevgi, sədaqət və qarşılıqlı hörmətin bariz nümunəsisiniz. Allah hər kəsə sizin kimi güclü bir birlik versin! Xoşbəxt olun!”, – deyə İnstagram səhifəsində yazıb.

Məlumdur ki, Şavkat Mirziyoyev institutda həyat yoldaşı Ziroatxon Xoşimova ilə görüşüb və tezliklə onunla evlənib. Ancaq onlar eyni yaşda deyillər: o, artıq universitet müəllimi, gələcək həyat yoldaşı tələbə idi.

Ziroatxon həm gəncliyində, həm də indi ərinin kölgəsində qalmağı üstün tutur. Ənənələrə baxmayaraq, Şavkat Mirziyoyev həyat yoldaşına qız familiyası adı altında qalmasına icazə verib. Yerli mediada yayılan məlumatlara görə, Xoşimova nüfuzlu bir insanın qızıdır və toydan sonra soyadını qoruyaraq atasını xoşbəxt etmək qərarına gəlib.

Prezidentin hər iki qızı artıq ailəlidir. Kürəkənləri prezident administrasiyasında işləyir. Şavkat Mirziyoyevin Əlişir adlı bir oğlu da var.

KONKRET.az

Mənbə: konkret.az